Azərbaycanda benzin istehsalı azalıb, dizel istehsalı isə artıb.
Eləcə də bax: Dizellə işləyən maşınlara - MƏHDUDİYYƏT QOYULACAQ - NAZİRLİKDƏN AÇIQLAMA
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycanda 1161,2 min ton benzin istehsal olunub ki, bu da 2018-ci illə müqayisədə 2,1% azdır. Dizel yanacağı isə 2 milyon 112,8 min ton istehsal olunub ki, bu da 2018-ci illə müqayisədə 8% çoxdur.
Məlumat üçün bildirək ki, 2019-cu ildə Azərbaycanda neft məhsullarının istehsalı 2018-c illə müqayisədə 3,2% - 3 milyard 129,2 milyon manata qədər azalıb.