İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu vaxta qədər verilən kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5% Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 isə regionların payına düşür.
Eləcə də bax: Qarabağda şəhərlərin baş planlarının hazırlanmasına 25 milyon manat - XƏRCLƏNİB
FED.az xəbər verir ki, Fondun hesabatına görə, maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6%-lə ilk yerdədir.
Məbləğ üzrə kreditlərin 25,6% Bakı şəhəri, 74,4% isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib. (Trend)