Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın mal və xidmətlərin xarici dövriyyəsinin həcmi 30,6% artaraq 40,1 mlrd. ABŞ dolları təşkil edəcək.
Eləcə də bax: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - 2%-dən Çox Azalıb
FED.az xəbər verir ki, 2021-ci ildə ölkədə mal və xidmətlərin ixracı təxminən 28,2% artaraq 20,9 mlrd. dollar, idxalın həcmi isə 19,3% artaraq 19,2 mlrd. dollara çatacaq. Beləliklə, mal və xidmətlərin xarici dövriyyəsinin müsbət saldosunun 1,7 mlrd. dollara bərabər olacağı gözlənilir ki, bu da 2020-ci illə müqayisədə 8 dəfədən çoxdur.
Qeyd edək ki, Fond 2022-ci ildə Azərbaycanın mal və xidmətlərin xarici dövriyyəsinin həcminin bir qədər azalaraq 38,4 mlrd. dollara enəcəyi güman edilir. İxracın 19,9 mlrd. dollar, idxalın isə 18,5 mlrd. dollar olacağı hesablanıb.