Dövlət Statistika Komitəsi 2022-ci ilin ilk 11 ayı - yanvar-noyabr ayları üzrə iqtisadi artım göstəricilərini açıqlayıb.
Azərbaycanda ərzağın illik bahalaşması - 21%-Ə YAXINLAŞDI – RƏSMİ
FED.az xəbər verir ki, DSK-nin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 121,4 milyard manatlıq ÜDM istehsal olunub, ilk 11 ayın yekununda iqtisadi artım 4,8% təşkil edib.
Qeyd edək ki, bu – 2022-ci il ərxində Azərbaycanda qeydə alınan ən aşağı artım sürətidir. Əvvəlki aylarda iqtisadi artım daha sürətli olsa da, ilin sonuna yaxın artım sürəti zəifləyib.
Rəsmi rəqəmlərə əsasən, 2022-ci il ərzində iqtisadi artımın ən yüksək olduğu dövrlər – yanvar-aprel və yanvar-may aylarıdır. İyun və iyuldan başlayaraq isə artım sürəti zəifləyib.
Rəqəmlərdən məlum olur kİ, ümumi iqtisadi artım sürətinin zəifləməsi həm neft, həm də qeyri-neft sektorundakı vəziyyətlə bağlıdır.
2022-ci ildə Azərbaycanda iqtisadi artım göstəriciləri:
Yanvar – 5,8%
Yanvar-fevral – 6,7%
Yanvar-mart – 6,8%
Yanvar-aprel – 7,2%
Yanvar-may – 7,2%
Yanvar-iyun – 6,2%
Yanvar-iyul – 6,2%
Yanvar-avqust – 5,8%
Yanvar-sentyabr – 5,6%
Yanvar-oktyabr – 5,2%
Yanvar-noyabr – 4,8%