2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 84 milyard 880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Eləcə də bax: "Fitch Solutions" Azərbaycanın iqtisadı artım proqnozunu - YAXŞILAŞDIRIB
FED.az Dövlət Statistika Komitəsinə istinada xəbər verir ki, neft-qaz sektorunda 2 faiz geriləmə olub, əvəzində qeyri neft-qaz sektorunda isə 10,3 faiz artım qeydə alınıb.
ÜDM istehsalının 52,5 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 8440,1 manata bərabər olub.