"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 13 %-İ KEÇİB
FED.az xəbər verir ki, bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının avqust sayında bildirilib.
"Fitch Solutions" real ÜDM-in artım proqnozunu 3,48%-dən (iyun göstəricisi) 5,12%-ə kimi artırıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə bu göstərici 2022-ci ildə 3,85% olacaq.
Agentlik 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7,8% olaraq saxlayıb. "Fitch Solutions"un "Bloomberg Consensus"la birgə proqnozuna görə orta inflyasiya isə bu ilin sonuna kimi 10,4% təşkil edəcək. (Apa)