Azərbaycanda rəqabət qanunveriiliyinin yenilənməsindən sonra şirkətlərin bazardakı mövqeyi, onun inhisarçı olub-olmaması fərqli qaydada qiymətləndiriləcək.
Azərbaycanda antiinhisar və haqsız rəqabətlə bağlı - QALDIRILAN İŞLƏR 3 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, hazırki qanunvericiliyə əsasən, hər hansı şirkətin bazarda inhisarçı sayılması üçün onun bütün ölkə bazarı üzrə hökmran paya malik olması tələb olunurdu.
Yeni qanunvericiliydə isə yanaşma dəyişir və ayrı-ayrı regionların bazarı ayrıca baxılacaq. Belə ki, şirkət, hər hansı regionda da bazarda hökmran mövqeyə sahib olarsa, inhisarçı sayılacaq.