2022-ci ildə Azərbaycanda antiinhisar və haqsız rəqabət halları üzrə qaldırılmış işlərin sayı 3 dəfə, baxılması başa çatan işlərin sayı isə 2,2 dəfə artıb.
Azərbaycanda malın mənşə sertifikatının verilməsində yenilik - BU ÜNVANDA VERİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
Ümumilikdə 60 iş qaldırılıb bundan 48-nin baxılması başa çatıb. Nəticədə 6,47 milyon manat maliyyə sanksiyası tətbiq edilib.
Müqayisə üçün bildirək ki, 2020-ci ildə xidmət tərəfindən cəmi 9, 2021-ci ildə isə 20 iş qaldırılmışdı.
2022-ci ildə qaldırılan 60 işin 43-ü haqsız rəqabətə, 17-si isə antiinhisar hallarına aid olub.