Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İqtisadiyyat

  1. Ana səhifə
  2. İqtisadiyyat
  1. İqtisadiyyat

 «Azərbaycanda gömrük anbarlarının özəl sektorla daha fəal əməkdaşlığını təklif edirik» - MÜSAHİBƏ

 «Azərbaycanda gömrük anbarlarının özəl sektorla daha fəal əməkdaşlığını təklif edirik» - MÜSAHİBƏ | FED.az
16:01 30 Noy 2022

Azərbaycanın ətrafındakı regionda cərəyan edən hadisələr iqtisadiyyatın əksər sahələrinə olsa da, ilk növbədə nəqliyyat- logistika sektoruna mənfi təsirini göstərdi. Koronavirusdan sonra hələ təzəcə dirçəlməyə başlayan sektor, Rusiya-Ukrayna müharibəsi və yanacaq qiymətlərinin artmasının təsirinə məruz qalıb. 

7 milyon sərmayə, 60 yeni iş yeri - Azərbaycanda ilk dəfə divar kağızı istehsalı başlayır - MÜSAHİBƏ - VİDEO

Eləcə də bax: «Restoran açmaq üçün azı 500 000 manat lazımdır, dövriyyənin 15 faizi də biznesmenə qalmalıdır, yoxsa restoranın bağlanacaq» - MÜSAHİBƏ

«Azərsun Holdinq»: «Ehtiyacımız olan mal və xidmətlərin yarıdan çoxunu tenderlə alırıq» - MÜSAHİBƏ

FED.az Azərbaycanın və regionun nəqliyyat logistika sektorundakı vəziyyət, burada baş verən proseslərin logistika şirkətlərinə təsiri və onların hökumətdən gözləntiləri ilə bağlı «İkra Logistika» nəqliyyat şirkətinin direktoru Günay Ağayevanın müsahibəsini təqdim edir. 

- Günay xanım, əvvəlcə «İkra Logistika» şirkəti barədə məlumat verərdiniz...

-        Əvvəlcə qeyd edim ki, IKRA Logistika şirkəti 30 il əvvəl, yəni  1992-ci ildə Türkiyə Cümhuriyyətində təsis edilib. Hal-hazırda şirkətimiz İngiltərə, Almaniya, Gürcustan, İraq, Türkiyə, Azərbaycan kimi ölkələrdə yerləşən ofisləri, quru/soyuduculu depoları və dunya miqyasinda geniş partnyor şəbəkəsi vasitəsi vasitəsi ilə müştərilərimizə xidmət verməkdədir. Şirkətimizin qurducu düzgün kadr siyasəti nəticəsində IKRA Lojistik fəaliyyət göstərdiyi bazarlarda xidmət keyfiyyəti ilə hər zaman fərqlenməyi bacarıb.  Mən artıq 16 ildir IKRA Logistikada fəaliyyet göstərirəm, hal-hazırda şirkətimizin Azərbaycan və Gürcüstan ofislərinə rəhbərlik edirəm.

- «İkra Logistika» şirkəti Azərbaycanda əsasən hansı növ daşımalarlda məşğuldur?  

- Şirkətimiz beynəlxalq avtomobil yolları, dənizyolu, dəmir yolu və layihe dasımalarında ixtisaslaşıb. IKRA Logistika-nın Türkiyədə avtoparkında təqribən 300 ədəd nəqliyyat vasitəsi var. Azərbaycandan Türkiyə, istiqamətinə göndərilən neft-kimya, pambıq, alüminium məhsullarının ixrac dasımalarında fəal iştirak edirik. Eyni zamanda İngiltərə, Avropa, Uzaq Şərq, Türkiyə və Rusiya kimi ölkələrdən avtomobil yolu və dəniz yolu vasitəsilə idxalat/ixracat daşımalarını təşkil edirik. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, «IKRA Logistika» Azərbaycanda həyata keçirilən böyük layihələrin dasımalarında aktiv iştirak edib, məsələn, «Alov Qülleleri» layihəsi, Heydər Əliyev Mərkəzi layihəsi, «Socar HAOR», «Foodcity Xudat Agropark», «Şahdağ» Turizm Mərkəzi, Bayraq Meydanı və sair layihələri göstərə bilərəm.

- Günay xanım, koronavirus (COVİD-19) pandemiyası zamanı ölkələr arasında  və ölkə daxilində yük daşımaları dayanmasa da tətbiq edilən məhdudiyyətlər bu sahəyə təsirini göstərmişdi. Bu proseslər sizin şirkətin fəaliyyətində gözünü necə büruzə verdi? Və indi koronavirusun təsirinin aradan qalxdığını söyləyə bilərikmi? Yəni nəqliyyat sektoru pandemiyadan əvvəlki vəziyyətə qayıdıbmı?

- Doğrudan da, koronavirus pandemiyası qlobal iqtisadiyyata, bilavasitə logistika sektoruna təsirsiz keçmədi. İlk zamanlarinda istehsal müəssisələrinin bağlanması, ölkələrdə tətbiq edilən karantin şərtləri qeyri-müəyyənlik yaratmışdı.

Global iqtisadiyyatı diqqətə alsaq, əlbəttə ki, pandemiyanın nəticələri hələ də davam etməkdədir. O cümlədən də, dəniz yolu daşımalarında qiymətlərdə ciddi yüksəlişlər davam etmekdədir.

Məsələn, Çindən Potiyə dəniz yolu ilə olan marşrutu misal gətirsək (hansı ki, Çindən Azərbaycana mallar əsasən bu yolla, Potidən isə Azərbaycana gətirilir), 40 futluq  konteynerin daşınma qiyməti COVİD-19 pandemiyasından əvvəl 3-3,5 min dollara başa gəldiyi halda, hazırda 12-13 min dollar civarındadır və bu həddə qalmaqda davam edir.

Onu da qeyd edim ki, dünya ticarətində daşınan yüklərin 80%-i də məhz dəniz yolu ilə daşınır.

- Son vaxtlar isə regionda baş verən hadisələr, daha dəqiqi Rusiya-Ukrayna müharibəsi yük daşımalarına çətinliklər yaratmağa başlayıb. Bu proses sizin işinizə də təsirini göstərirmi? Və göstərirsə, hansı formada?

- Bəli, bü münaqişə də yük daşımalarına təsirini göstəraəkdədir. Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya və Belarus qeydiyyat nişanlı avtomobillər Avropa ərazisində yükləmə əldə edə bilmirlər. Nəticədə əsas yük axınının Türkiyə-Gürcüstan-Azərbaycan-Rusiya dəhlizinə yönəlməsi sərhədlərdə ciddi növbələrin yaranmasına səbəb olub. Bu növbələr isə yüklərin təhvil verilməsinin gecikməsinə və nəqliyyat vasitələrinin səfər müddətinin ciddi şəkildə uzanmasına səbəb olub.

Məsələn, müharibədən əvvəl, yəni 2022-ci ilin fevralına qədər Bakı-İstanbul-Bakı xəttində yük avtomobilinin gediş-dönüş səfər müddəti ortalama 18-20 gün idi. İndi, yəni müharibə başlayandan sonra isə həmin marşrutla səfər müddəti 28-30 günədək uzanır, bunun da səbəbi sərhəddəki növbələrdir. Səfər müddətinin uzanması da təbii ki, qiymətlərə təsirini göstərir. Çünki bu gözləmə vaxtı zamanı nəqliyyat şirkətinin gəliri artmır, amma müddət uzanır. Bu, eləcə də yanacaq qiymətlərinin artımı son halda ümümi daşımaların qiymətinin yüksəlməsinə səbəb olur.

- Dünyada yanacağın və xammalın bahalaşması nəticəsində daşıma qiymətləri də yüksəlməkdədir – bu artımı siz də his edirsinizmi? Və artımın miqyasını bir neçə misalla təsvir edə bilərsinizmi?

 - Bunu bütün nəqliyyat şirkətləri hiss edir. Rusiya-Ukrayna müharibəsindən sonra Avropa və Türkiyədə yüksələn dizel qiymətləri səfər xərclərinin artmasına səbəb olub. Bundan başqa, dünyada yaranan çip problemi də yeni nəqliyyat vasitələrinin - yük avtomobillərinin satıs qiymətlərinin əvvəlki illərdəki qiymətinə nisbətən 25-30 % yüksəlməsinə səbəb olub.

- Sizcə bu problemləri – marşrutların məcburən dəyişməsi, bahalıq problemlərini aradan qaldırmaq üçün - hökumət hansı addımları ata bilər?

- Marşrutların dəyişməsinə toxunsaq, Azərbaycan öz coğrafi movqeyi baxımından tranzit koridorda yerleşir. Xüsusi olaraq qış aylarında Gürcüstan-Rusiya sərhədində hava şəraiti ilə bağlı yük axınının Azərbaycan üzərindən həyata keçdiyini müşahidə etdik.

Çox şükür ki, bizdə dizelin qiymətləri sabit qalıb, dünya bazarında neftin qiymətinin artmasına baxmayaraq hökumət bunu sabit saxlayır.

O ki qaldı sərhəddəki növbələrin yaratdığı problemlərə, məncə Azərbaycan sərhədində yaranan növbələrin azaldılması üçün bəzi addamları atmaq mümkündür.

Bu sektora illərimizi sərf etdiyimiz üçün bilirik ki,  Rusiya-Ukrayna müharibəsi fors-majordur. Əlbəttə ki, nə bizim sərhəd keçid məntəqələrimiz, nə də Türkiyənin Sarp və Çıldır-Aktaş məntəqələri (hər iki məntəqə Gürcüstan-Türkiyə sərhədində yerləşir) bu həcm üçün nəzərdə tutulmadığına görə belə növbələrin olması təbiidir. Vəziyyəti həll etmək üçsün bizim Gömrük və Sərhəd xidmətlərimiz qonşu ölkələrdə danışıb müvafiq həll yollarını tapa bilərlər. 

- Günay xanım, təqribən 5 il əvvəllə müqayisədə Azərbaycandan və ya ölkəmizə xaricdən daşınan malların növü və istiqamətlərində hansı dəyişikliklər baş verib? 

- Ümumiyyətlə qeyd edim ki, ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı daha da güclənməkdədir və bu özünü nəqliyyat daşımalarında da göstərir. Azərbaycanda istehsal edilən neft məhsulları Çin, Türkiyə, Rusiya kimi ölkələrə ixrac edilməkdədir. Qeyri-neft məhsullarından danışsaq, son illərdə pambıq məhsuluna çox ciddi əhəmiyyət verilir, məsələn, 2021-ci ildə 350 000 ton pambıq mehsulu əldə edilib.

Bundan başqa, 2019-cu ilin sonundan etibarən SOCAR polimer zavodu işə düşüb. İllik istehsal gücü 300 min ton olan bu müəssisənin istehsal etdiyi məhsullar Türkiyə, Rusiyaya və Şərqi Avropa ölkələrinə ixrac olunurlar. Bundan başqa «SOCAR karbomid» zavodundan danışa bilərik, son 5 il ərzində fəaliyyətə başlayan zavodun illik 540 min ton istehsal gücü var və onun məhsulları dünyanın müxtəlif yerlərinə ixrac olunur.  Bütün bunlar ölkəmizdən ixracın  - həm neft, həm də qeyri-neft məhsullarının - həcminin artmasına səbəb olur.

-        Son ilər Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, nəqliyyat dəhlizlərini inkişaf etdirir və regionun nəqliyyat mərkəzlərindən birinə çevrilmək istəyir, sizcə bu  sahənin inkişafı üçün indiyədək görülən işlərlə yanaşı, başqa hansı addımlar atılmalıdır? 

-        Ümumiyyətlə qeyd edim ki, Azərbaycanda yük daşımaları, o cümlədən tranzit daşımalarının inkişafı  üçün dövlət tərəfindən işlər aparılır.  O cümlədən 2015-ci ildə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb, Bakı-Tiflis-Kars dəmir yolu xəttinə və Ələt limanına ciddi yatırımlar edilir.

Bununla yanaşı, fikrimcə, bu sahənin inkişafı üçün əlavə addımlar da atıla bilər.

Bunlardan biri nəqliyyat vasitələrinin idxal ve tranzit yükləmələrində boşdayanmalarının qarşısının alınması üçün ölkə ərazisində gömrük statuslu depoların fəaliyyətə başlamasıdır.

Söhbət nədən gedir – məsələn, daşıma prosesində hər hansı müştərinin hesabında və ya sənədlərində problem ortaya çıxa bilər. Azərbaycanda vəziyyət belədir ki, müştəri, yəni idxalatçı, sənədlərdəki problemini həll edənə qədər bizim avtomobilimiz yüklə bərabər gözləmə məcburiyyətində qalır, bu isə bəzən günlər və ya həftələrlə uzana bilər.

Amma Avropada, İngiltərə və Türkiyədə belə vəziyyətlə bağlı maraqlı təcrübə var. Bizim də o ölkələrdə gömrük depolarımız var və bu təcrübədən istifadə edirik. 

Təklifimiz odur ki, bizdə də gömrük depoları fəaliyyətə başlasın, bu o deməkdir ki, yuxarıda qeyd etdiyim hal (yəni sənədlərdə və ya hesabda problem) yaranıbsa, müştəri və nəqliyyat şirkəti üçün ən yaxşı variant odur ki, müştəri  öz yükünü gömrükdəki depolara boşaldır,  avtomobil artıq sərbəst olur və başqa daşımalarla məşğul olur. İdxalatçı isə problemini həll etdikdən və vergisini öədikdən sonra malını götürə bilir. Bu üsul eyni zamanda ticarətin də qarşısını açır. Çünki alıcı vergisini ödəyib bu malı bir neçə ay ərzində satırsa, nə qədər mal satıbsa, onun vergisin ödəyir, satılmayan mallar yenə də gömrükdə depoda qalır. 

- Hazırda nəqliyyat və logistika şirkətlərinin qarşısında duran əsas problem, həllini gözləyən çətinlik hansıdır?

 - Əsas çətinliklərdən biri kimi - ölkəmizdə qeydiyyatda olan nəqliyyat şirkətlərinin böyük əsəriyyətinin CMR siğortasının olmadığını qeyd etmək istəyirəm. Belə ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri CMR sığorta xidmətini təklif etmirlər. Ancaq global sirkətlər öz baş ofisləri vasitəsilə CMR sığortası xidmətindən istifadə edə bilirler. Vurğulamaq istəyirəm ki, «IKRA Lojistika» olaraq dasıdığımız bütün yüklər CMR konvensiyası çərçivəsində sığortalanmış hesab olunur.

- Nəqliyyat şirkətlərinin qaldırdığı məsələlərdən biri yük avtomobilləri parkının yenilənməsi və avtomobillərə tətbiq edilən gömrük rüsumunun yüksəkliyi səbəbindən bu prosesdə çətinlik yaranmasıdır. «İkra Logistika» şirkəti olaraq, sizcə bu vəziyyət nəqliyyat şirkətlərinin işinə necə təsir edir?

 - Məndə olan məlumata görə, Azərbaycanda beynəlxalq daşımalarda iştirak edən avtomobillərin təqribən 60-65 faizi 5 yaş üzərindədir. Avtomobil parkını təzələmək üçün maliyyələşmə, güzəştli kreditlər tələb olunur və bizim avtomobillər daha geniş ərazilərdə daşımalaredə bilsinlər.

Hazırda dövlət fondu olaraq Sahibkarlığın İnkişafı Fondu yük avtomobillərinin alınması üçün güzəştli kredit ayırır, yəni Fond nəqliyyat vasitələrinin satın alınması üçün illik 5%-lə 5 milyon manata qədər kredit verir. Amma bu kreditlər maksimum cəmi 36 ay müddətinə ayrılır ki, bu da az müddətdir. Halbuki, nəqliyyat vasitəsinə yatırılan investisiyanı qaytarılması üçün 4-6 il vaxt tələb olunur.

Yəni uzunmüddətli güzəhtli kreditlər daha yaxşı şərtlərlə, yəni daha uzun müddətə ayrılsa, nəqliyyatçılar yeni avtomobillər alar və hazırda yetərincə köhnəlmiş avtopark yenilənər. Nəticədə Azərbaycan nömrəli yük atomobilləri Avropa bazarında da işləyə bilər. Hazırda isə bu köhnə avtoparkla biz təəssüf ki, ancaq Turkiyə, Güstan rusiya və iran bazarlarına gedə bilərik.

- Ölkədə nəqliyyat şirkətlərinin fəaliyyətini və ümumilikdə sektorun daha yaxşı tənzimlənməsi üçün sizcə qanunvericiliyə hansı dəyişikliklər edilməlidir?

 - Bir neçə ay əvvəl cənab nazir Rəşad Nəbiyevin başçılığı ilə nəqliyyat şirkətlərinin toplantısı keçirildi. Burada biz «İKRA Logistika» olaraq nəqliyyat sektoru ilə bağlı təkliflərimizi təqdim etdik.

Son vaxtlaradək bu sahədə bizim əsas problemlərimizdən biri fiziki şəxs olaraq fəaliyyət göstərən, yəni yük daşımaları ilə məşğul olan avtomobil sahiblərinin heç bir məsuliyyət daşımamaları idi, yəni onlar CMR sığortaları olmadığına görə, hər hanesı bir qəzada, daşıma zamianı dəyən zərərdə, yükün itməsində və ümumiyyətlə müxtəlif hallarda heçs bir məsuliyy daşımırdılar.

Söhbət nədən gedir – tutaq ki, maşının öz qiyməti 40-50 min dollardır, amma daşıdığı yük 80-100 min dollardır. Avtomobil qəza edir və mal korlanır, amma onun sığortası olmadığına görə bu zərəri ödəmək, kompensasiya etmək mümkün olmur. CMR sığortasını da bazarda heç bir sığorta şirkəti təmin etmir. Biz bunu nazirə bildirdik ki, bu bizim ciddi problemimizdir. Və bu məsələ qaydasına qoyulsa, artıq bütün müşğtəridər, daha dəqiqi yüks sahibləri eyni zamanda ekspeditor fıəaliyyəti ilə məqğul olan nəqliyyatçılar yüklərini nəqliyyat vasitələrin sahiblərinə verəndə rahat olacaqlar, Çünpi biləcəklər ki, CMR sığortası çərçivəsində yük də sığortlanmış olacaq.

Amma aprel ayında bu məsələ ilə bağlı qərar qəbul edildi. Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli, 149  saylı qərarı ilə “Avtomobil nəqliyyatı ilə beynelxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları» təsdiq edilib. Qaydalar, yük dasıma operatorunun maliyyə vəziyyəti, peşəkirlıq səviyyəsinə dair meyarları müəyyən edir və operatorların uçotunun aparılmasını tənzimləyir. Bu qaydalar qeyd etdiyim hallarda - fiziki şəxs olan avtomobil sahiblərinin qəza, daşıma zamanı yüksə dəyən zərər, yükün itməsi və sair kimi hallarda məsuliyyətdən boyun qaçırma kimi halları aradan qaldıracaq. Yəni qərara əçsasn artıq fiziki şəxs olan nəqliyyat sahibləridə mala dəyən zərərə görə məsuliyyət daşımalı olacaqlar.

Biz nazirin iştirakı ilə artıq növbətim görüşdə bu qərara görə ona təşəkkür etdik.

- Günay xanım, bir neçə ay əvvəl «İKRA Logistika» şirkəti YYS sertifikatı alıb və bu, ona gömrük nəzarətini özü aparmasına imkan yaradır. Bu sənəd hansı göstəricilərə əsasən verilir və onun alınması «İKRA Logistika»nın müştərilərinə hansı üstünlükləri gətirəcək?  

- Bəli, «İKRA Logistika» şirkəti olaraq təqribən 3 il akkreditasiya keçdikdən sonra Türkiyədə Yetkiləndirilmiş Yükümlü Statusu - YYS belgəsini alıb. Bu o deməkdir ki, şirkətin daxili idaretmə sistemi, depoları, arxivləmə sistemi və kifayət qədər professional kadrlarının olması təsdiqlənib. Onlar təqribən 3 il ərzində bizdə yoxlama apardılar və artın 3 ay əvəl biz bu sertifikatı aldıq.

Bu sertifikatın alınması o deməkdir ki,  «İKRA Logistika» şirkətinin depolarında gömrük məmuru gəlmədən buradan yüklənən bütün yükləri «İKRA Logistika» özü kontrol edir, dövlət məmuru kimi, maşına möhür vurur və bunun əsasında avtomobil ölkəni tərk edir. Yəni bu sertifikatdan sonra «İKRA Logistika»nın depolarından yük maşınlarının yola salınması üçün gömrük məmurunun gəlməsinə ehtiyac yoxdur.

Digər tərəəfdən bu avtomobillər dövlət sərhədlərini keçərkən növbəsiz keçmə üstünlüyü əldə edəcəklər. Yəni məsələn, Türkiyənin Çıldar-Aktaş qapısında növbədə min maşın olsa belə, «İKRA Logistika» şirkətinin möhürlədiyi avtomobillər növbəsiz buraxılır. Başqa avtomobillər sərhəddə 5-7 gün gözlədiyi halda bizim maşınlar oradan növbəsiz keçə bilirlər.

Bu bəlgə, sertifikat – çox az nəqliyyatçıya, ən sərt yoxlamaları keçən şirkətlərə verilir və mal sahiblərinə, bizim müştərilərə çox böyük üstünlüklər gətirir.

Bundan başqa, «İKRA Logistika» şirkətinin İSO sertifikatları və Avropada çox az şirkətdə olan «FORS» (The Fleet Operator Recognition Scheme) sertifikatımız var və bütün bunlar bizim daşımalarımıza böyük imkanlar yaradır.

 

Banner
Banner
  • Günay Ağayeva
  • Azərbaycan
  • gömrük
  • anbarlar
  • sektor
  • əməkdaşlıq
  • təklif
  • İkra Logistika
Paylaş

Digər xəbərlər

Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
İqtisadiyyat 3 Fev 2023
Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
Azərbaycan Səudiyyə Ərəbistanının şirkətilə dəniz suyunun duzsuzlaşdırılması layihəsini - MÜZAKİRƏ EDİB
İqtisadiyyat 2 Fev 2023
Azərbaycan Səudiyyə Ərəbistanının şirkətilə dəniz suyunun duzsuzlaşdırılması layihəsini - MÜZAKİRƏ EDİB
"Sanksiyalarımıza görə Rusiya hər gün 160 mln. avro itirir"
İqtisadiyyat 2 Fev 2023
"Sanksiyalarımıza görə Rusiya hər gün 160 mln. avro itirir"
Ötən il Azərbaycanın ən böyük ixrac şirkətləri və gəlirləri açıqlandı – SİYAHI
İqtisadiyyat 1 Fev 2023
Ötən il Azərbaycanın ən böyük ixrac şirkətləri və gəlirləri açıqlandı – SİYAHI
İxrac icmalının yanvar sayı - TƏQDİM OLUNUB
İqtisadiyyat 1 Fev 2023
İxrac icmalının yanvar sayı - TƏQDİM OLUNUB
Azərbaycanın alma ixracının məbləği - 50 MİLYON DOLLARI KEÇİB
İqtisadiyyat 1 Fev 2023
Azərbaycanın alma ixracının məbləği - 50 MİLYON DOLLARI KEÇİB
Azərbaycana nar ixracından daxil olan valyuta - 8% ARTIB
İqtisadiyyat 1 Fev 2023
Azərbaycana nar ixracından daxil olan valyuta - 8% ARTIB
AMB: "Bu il illik inflyasiya 8% ətrafında olacaq"
İqtisadiyyat 1 Fev 2023
AMB: "Bu il illik inflyasiya 8% ətrafında olacaq"
8 şirkətin "Yaşıl dəhliz"dən daimi - İSTİFADƏ HÜQUQU DAYANDIRILIB
İqtisadiyyat 1 Fev 2023
8 şirkətin "Yaşıl dəhliz"dən daimi - İSTİFADƏ HÜQUQU DAYANDIRILIB
48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT
İqtisadiyyat 31 Yan 2023
48 işə baxılıb, 6,5 milyon manata yaxın sanksiya tətbiq edilib - ANTİİNHİSAR VƏ HAQSIZ RƏQABƏT
Dövlət Xidmətinin sayəsində 318 min manat istehlakçılara - GERİ QAYTARILIB
İqtisadiyyat 31 Yan 2023
Dövlət Xidmətinin sayəsində 318 min manat istehlakçılara - GERİ QAYTARILIB
Xidmət rəisi: "Dövlətin qiymətlərə müdaxiləsi qıtlıqla nəticələnə bilər"
İqtisadiyyat 31 Yan 2023
Xidmət rəisi: "Dövlətin qiymətlərə müdaxiləsi qıtlıqla nəticələnə bilər"
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Mərkəzi Bank sığorta şirkətinin rəhbərini işdən çıxara bilər? - AÇIQLAMA
    13:00 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
  • Respublika Uşaq Sanatoriyası - TENDER ELAN ETDİ
    12:48 3 Fev 2023
  • Səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri - VERGİDƏN AZAD EDİLİB
    12:42 3 Fev 2023
  • "IDG Construction" şirkəti və "İnşaat-C" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    12:41 3 Fev 2023
  • Füzulidə elektromobillər üçün - Enerji Doldurma Stansiyaları Quraşdırılacaq
    12:37 3 Fev 2023
  • "Ask Şüşə" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    12:37 3 Fev 2023
  • "Savalan Group" və "Optimal Elektronika" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    12:34 3 Fev 2023
  • Naxçıvan Dövlət İmtahan Mərkəzində - YOXLAMALAR KEÇİRİLİR
    12:34 3 Fev 2023
  • Bakinşaat Group alqı-satqıya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    12:28 3 Fev 2023
  • "Təbii qaz ehtiyatlarımız 600 il kifayət edəcək"
    12:28 3 Fev 2023
  • Dövlət agentliyi kontent materiallarının hazırlanması üçün 920 min manat ödəyəcək – TENDER NƏTİCƏSİ
    12:26 3 Fev 2023
  • Banklar kartlardakı depozit gəlirindən - VERGİ TUTACAQ
    12:22 3 Fev 2023
  • Bakı Nəqliyyat Agentliyi – BÖYÜK TENDER ELAN ETDİ
    09:00 3 Fev 2023
  • Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - TAM MƏTN
    21:19 2 Fev 2023
  • "Kapital Bank" işçi axtarır - VAKANSİYA
    21:16 2 Fev 2023
  • "Deloitte" şirkəti işçi axtarır - VAKANSİYA
    21:10 2 Fev 2023
  • "PASHA Malls" işçi axtarır - VAKANSİYA
    21:07 2 Fev 2023
  • Sumqayıt Texnologiyalar Parkı işçilər axtarır - VAKANSİYALAR
    20:59 2 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3000-5000 MANAT- VAKANSİYA
    20:53 2 Fev 2023
  • "VTB Bank Azərbaycan" işçilər axtarır - VAKANSİYALAR
    20:48 2 Fev 2023
  • Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:45 2 Fev 2023
  • Dövlət qurumu Bakıda və bölgələrdə işçilər axtarır - VAKANSİYALAR
    20:42 2 Fev 2023
  • "TuranBank" ASC işçi axtarır - VAKANSİYA
    20:39 2 Fev 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:37 2 Fev 2023
  • "Azərbaycan Dəmir Yolları" QSC işçi axtarır - VAKANSİYA
    20:35 2 Fev 2023
  • "Caspel" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
    20:30 2 Fev 2023
  • Azərbaycan Səudiyyə Ərəbistanının şirkətilə dəniz suyunun duzsuzlaşdırılması layihəsini - MÜZAKİRƏ EDİB
    18:14 2 Fev 2023
  • SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb, bir sıra - SƏNƏDLƏR İMZALANIB
    18:06 2 Fev 2023
  • AccessBank gənc sahibkarlara 45 milyondan çox - BİZNES KREDİTİ AYIRIB
    18:00 2 Fev 2023
  • 51 milyon manat pul qoyulub, 400 nəfər işləyəcək - BAKI YAXINLIĞINDA YENİ ZAVOD
    17:56 2 Fev 2023
  • "Muğan Kitt" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    17:54 2 Fev 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    17:48 2 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 5 NƏFƏR VƏFAT ETDİ
    17:46 2 Fev 2023
  • Azərbaycanın milyonluq şirkətinin - Rəhbərliyi Yenidən Formalaşdırılacaq
    17:41 2 Fev 2023
  • İngiltərə Bankı uçot dərəcəsini - 4%-Ə QALDIRIB
    17:38 2 Fev 2023
  • "Azəralüminium"dan daşınma xidməti ilə bağlı daha bir - TENDER ELANI
    17:36 2 Fev 2023
  • İsveçrənin Türkiyədəki - Baş Konsulluğu BAĞLANDI
    17:35 2 Fev 2023
  • "Naxçıvan" Universitetinə yeni rektor - TƏYİN EDİLDİ
    17:31 2 Fev 2023
  • Təmir işləri üzrə yeni tender elan edildi - ŞƏRTLƏR
    17:27 2 Fev 2023
  • Şahbazov TAP-ın icraçı direktorunu - QƏBUL EDİB
    17:27 2 Fev 2023
  • Dəftərxana və təsərrüfat malları ilə bağlı – TENDER ELANI
    17:24 2 Fev 2023
  • İsveçdə müflisləşən şirkətlərin sayı - REKORD HƏDDƏ ÇATDI
    17:20 2 Fev 2023
  • Dövlət qurumu çap qurğuları üçün kartriclər alır
    17:14 2 Fev 2023
  • Fərdi sahibkarlara verilən kreditlərin həcmi - 2.2 MLRD. MANATA ÇATIB
    17:14 2 Fev 2023
  • Azərbaycanda artıq 110 nəfər aldığı evə görə - ƏDV-Nİ GERİ ALACAQ - VERGİDƏN AÇIQLAMA
    17:05 2 Fev 2023
  • "Sanksiyalarımıza görə Rusiya hər gün 160 mln. avro itirir"
    16:55 2 Fev 2023
  • "Unibank" “Gəncə” filialını yeni konseptdə - İSTİFADƏYƏ VERİB
    16:49 2 Fev 2023
  • “OBA” Atyalı qəsəbəsində yeni filialını - MÜŞTƏRİLƏRİNİN İXTİYARINA VERDİ! - VİDEO
    16:44 2 Fev 2023
  • Baş Dövlət Yol Polisi daha bir - TENDER ELAN ETDİ
    16:42 2 Fev 2023
  • Səhiyyə Nazirliyi – TENDER ELAN ETDİ
    16:37 2 Fev 2023
  • İstifadəçilərin kriptovalyutalara marağı artır - SORĞU
    16:36 2 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı – TENDER ELAN EDİLDİ
    16:29 2 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!