Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda fiziki şəxslər ölkənin gömrük sərhəddindən keçirdikləri mallara və nəqliyyat vasitələrinə görə 19 918 ədəd elektron sadələşdirilmiş bəyannamə təqdim edib.
Eləcə də bax: Xaricdən mal almaq çətinliyindən yan keçmək üçün - YENİ ÜSUL – FED.AZ-IN TƏKLİFİ
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 342 608 ədəd və yaxud 68,4 dəfə azdır.
10 ay ərzində xarici ticarət iştirakçılarının həyata keçirdikləri idxal-ixrac əməliyyatların barədə statistik məlumatların sayı isə 94 762 ədəd olub. Bu isə 1 il əvvələ nisbətən 1 898 ədəd və yaxud 2 % çoxdur.
Hesabat dövründə ölkədə 460 ədəd elektron gömrük (e-gömrük) ekspertizası keçirilib ki, bu da illik müqayisədə 580 ədəd və yaxud 2,3 dəfə azdır. (Report)