Azərbaycanda əhalinin nominal gəlirlərinin həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin sentyabr ayında əhalinin nominal gəlirləri 58 013,3 milyon manat olub.
Bu göstərici illik müqayisədə 7 027,7 milyon manat (13,8%), ilin əvvəli ilə müqayisədə 52 639,1 milyon manat (10,8 dəfə) aylıq müqayisədə 7 157,2 milyon manat (14,1%) artıb.
Belə ki, 2022-ci ilin sentyabr ayında əhalinin nominal gəlirləri 50 996, milyon manat, cari ilin əvvəlində 5 379,2 milyon manat, avqust ayında 50,861,1 milyon manat olub.