2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 139,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Azərbaycanda əhali bu il 46,4 milyard manatlıq alış-veriş edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 21,5% çoxdur.
Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Təkcə sentyabr ayı ərzində əhali 143,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb.