2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 150 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-aprel ayına nisbətən 7% çoxdur.
Bu ilin 4 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,3% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə aprel ayı ərzində əhali 296,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb.