2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində 9 milyard 428 milyon manatlıq ərzaq məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-aprel ayına nisbətən 1,7% çoxdur.
Bu ilin ilk 4 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2% faizi ərzaq mallarının alınmasına sərf olunub.
Təkcə aprel ayı ərzində əhali 1 milyard 988,4 milyon manatlıq ərzaq alıb.