2019-cu ildə Azərbaycanda 12 min 152 ton düyü istehsal edilib. Bu, əvvəlki ilə nisbətən 2,2% azdır.
Eləcə də bax: Dövlət büdcəsinin kəsiri proqnozlardan - 9 DƏFƏ AZ OLUB
FED.az xəbər verir ki, 2018-ci ilin fevral ayında Azərbaycanda 2018-2025-ci illərdə düyü istehsalının inkişafı üzrə Dövlət Proqramı qəbul edilib. Ona əsasən, 2025-ci ilə qədər yerli istehsal düyü istehlakına olan tələbatı təxminən 90%-dən çoxunu ödəməlidir. Sənəddə əkin sahələrini 10 min hektara qədər genişləndirmək və məhsuldarlığı 1 hektardan 40 sentnerə qaldırmaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur. 2019-cu ildə məhsuldarlıq (30,1 s / ha) yalnız 0,1 s / ha artıb.
© "Turan"