Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumi dəyəri 2 019,81 min ABŞ dolları dəyərində 265,68 ton çay ixrac edib.
Eləcə də bax: Azərbaycan ət idxalını - 20% Azaldıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk üç ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 9,2%, həcmi isə 18,3% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,40%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 12 659,40 min dollar dəyərində 3 213,62 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1%, həcmi isə 5,2% azalıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,50% təşkil edib.
Göründüyü kimi, cari ilin yanvar-mart aylarında ölkənin çay idxalı ixracı 12 dəfədən çox üstələyib. (Apa)