Bu ilin yanvar-mart aylarında Azərbaycan 14,9 milyon ABŞ dolları dəyərində 8 794 ton ət idxal edib.
Eləcə də bax: Azərbaycan buğda idxalını - 32% Artırıb
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 5,2 milyon ABŞ dolları (26 %) və 2 221 ton (20 %) azdır.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,6 %-ni təşkil edib. (Report)