Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-iyul aylarında ölkədə fəaliyyətə başlayan müəssisə və təşkilatların siyahısını açıqlayıb.
Eləcə də bax: Azərbaycana yatırılan investisiyalar - 2,6% ARTIB
FED.az istifadəyə verilmiş obyektlərin siyahısını təqdim edir:
Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, modul tipli hospital, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları;
Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi;
Sumqayıt şəhərində 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana;
Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu;
Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi;
Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası;
Abşeron rayonunda modul tipli xəstəxana;
Ağcabədi rayonunda “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu;
Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi;
Balakən rayonunda regional “Asan xidmət” mərkəzi;
Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi;
Goranboy rayonunda “Azərxalça” ASC-nin filialı;
İsmayıllı rayonunda modul tipli xəstəxana;
Kürdəmir rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı;
Qazax rayonunda əhəng zavodu, “Azərxalça” ASC-nin filialı;
Qəbələ rayonunda modul tipli xəstəxana;
Qobustan rayonunda modul tipli xəstəxana;
Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı;
Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça” ASC-nin filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi;
Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s.