2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilmişdir.
Eləcə də bax: Xarici ticarət dövriyyəsi 30% azalıb - RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9 faiz artmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 5104,7 milyon manatı və ya 67,3 faizi məhsul istehsalı sahələrinə, 1745,9 milyon manatı (23,0 faizi) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4692,5 milyon manatını və ya 61,8 faizini daxili vəsaitlər təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4703,9 milyon manatı və ya 62,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,7 faiz, büdcə vəsaitləri 22,0 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, sair vəsaitlər 4,2 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,1 faiz təşkil etmişdir.