2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 3 milyard 160,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-oktyabr ayına nisbətən 7,8% çoxdur.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 6% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Təkcə oktyabr ayı ərzində əhali 375 milyon manatlıq avtomobil benzini və dizel yanacağı alıb












