Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq ediləcək.
Eləcə də bax: «Ağıllı» şəhər və «rəqəmsal əkizlər» dövrü - AZƏRBAYCANDA «3D İNQİLABI» BAŞLAYIR
FED.az xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.
Sənəddə bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2022-2023-cü illərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının layihəsini təsdiq üçün təqdim etməlidir.
2023-cü ilədək “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası təsdiq edilməli, ictimai nəqliyyat üçün “Mobillik Xidmət kimi (MaaS)" təcrübəsinin tətbiqi təmin edilməlidir. (Apa)