Özünüzün rəqəmsal versiyasını görmək istəyərsiniz? Bəs avtomobilinizin? Bəs yaşadığınız şəhərin necə – canlı rəqəmsal versiyasını görmək istəyirsiniz?
Texnologiyaların inkişafı bütün dünyada «3D inqilabı» yaradıb və onun növbəti ünvanı Azərbaycan ola bilər.
2020-ci ilin dekabrında, 2-ci Qarabağ müharibəsindən cəmi bir neçə gün sonra ölkədə qələbə əhval-ruhiyyəsi hökm sürürdü. Həmin vaxt Bakıda, «Azərişıq» ASC ilə Almaniyanın «EKM» Global Consulting GMbH şirkəti ilə əməkdaşlıq haqda niyyət sazişi imzalanması ictimaiyyətin diqqətini o qədər də cəlb etməmişdi. Amma məhz bu hadisəni Azərbaycanda geoməkan məlumatları və onların tətbiqi ilə bağlı yeni dövrün başlanğıcı saymaq olar.
Geoməkan məlumatları nədir və onlar kimə lazımdır?
Geoməkan məlumatları - xəritələri, koordinatları və təyyarədən aparılan ortofoto çəkilişləri əsasında yaradılan məlumat sistemidir, onu interatktiv xəritə də adlandırmaq olar. Burada obyektlər, onların yerləşməsi ilə bağlı görüntülü məlumatlar var. İndiyədək bu məlumatlar əsasən 2 ölçülü - 2D formatda idi, amma texnologiyanın inkişafı nəticəsində hazırda geoməkan məlumatlarının yeni formatı – özündə 3D xəritə, 3D skan və ortofoto xəritələri əks etdirən informasiya sistemi yaranıb. Bu məlumatların imkanaları ilə yanaşı istifadə dairəsi də genişlənib.
Gkeoməkan məlumatları müxtəlif sahələrdə istifadə edilirdir. Bunlar kənd təsərrüfatı, infrastruktur və inşaat, təhlükəsizlik və mühafizə, təbii ehtiyatlar, kommunal xidmətlər, istehsal və sahələr – bu siyahını artırmaq olar. Bir sözlə, müasir şəhərləri, yol tikintisini, kənd təsərrüfatını və ümumilikdə ölkə iqtisadiyyatını geoməkan məlumatları olmadan idarə etmək mümkünsüzdür. Məhz buna görə, son illər bütün dünyada şəhərlərin «rəqəmsal əkiz»lərinin yaradılması başlayıb.
«Ağıllı şəhər»lər və «rəqəmsal əkizlər»
Əslində şəhərlərin maketinin hazırlaniması çoxdan başlayıb. Hələ 1980-i illərdə Boston rəhbərliyi şəhəri daha yaxşı idarəetmək üçün onun ağacdan maketini yaratmışdı. Amma bu keçmiş dövrdür – onları «rəqəmsal əkiz»lər əvəz edib.
Şəhərin «rəqəmsal əkizi» (digital twins) – real şəhərin rəqəmsal variantıdır, onu 3D modelləşdirmə və məlumat bazasının köməyi ilə yaradırlar. Burada şəhərdəki bütün infrastruktur və xidmətlər - su, işıq qaz təminatı, yolların yüklənməsi, ekoloji vəziyət və sair, eləcə də baş verən proseslər əksini tapıb.
«Rəqəmsal əkiz» - görünüşünə görə, uşaqların 3D oyunlarındakı şəhərləri xatırladır, amma burada məsələ daha ciddidir. «Rəqəmsal əkiz» şəhərdəki prosesləri real rejimdə təhlil etməyə, virtual sınaqlar aparmağa və lazımi həllər tapmağaimkan verir. Alınan nəticəər müsbət olapnda tətbiq edilir, əks hala imtina olunur.
Şəhərlərin rəqəmsal variantının yaradılması ideyasını ilk dəfə ABŞ-ın Miçiqan universitetinin professoru Maykl Qrivz təklif edib. O vaxtdan belə şəhərlərin sayı sürətlə artır, onlardan biri Sinqapurdur. Burada «rəqəmsal əkiz»in köməyilə ilə hesablanıb ki, ölkənin genişlənməsi və yeni tikiləcək stadion nəqliyyatın hərəkətinə və sərnişin axınına necə təsir göstərəcək.
Hətta elə şəhərlər var ki, özündən əvvəl rəqəmsal versiyası yaradılıb, tikinti sonra başlayıb - Hindistanın Amaravati şəhəri kimi.
Bu üsul, yəni əvvəlcə rəqəsal modelin yaradılması - imkan verir ki, bütün layihə dərhal test edilsin, ortaya çıxacaq prbolemlər aradan qalxsın və yalnız bundan sonra tikintiyə başlanılsın.
ABI Research konsaltinq şəirkətinin məlumatına görə, 2025-ci ildə «rəqəmsal əkizi» olan şəhərlərin sayı 500-ü keçəcək.
Dünyada bu sahədə xidmət göstərən şirkətlərdən biri Almaniyanın «Leica Geosystems AG» («Hexagon») və onun partnyoru «EKM Global Consulting GmbH» şirkətləridir. Baş ofisi Stokholmda yerləşən şirkətin 50-dən çox ölkədə təqribən 20 min əməkdaşı var. Onlardan 5 mini sırf araşdırma və tərtibatla məşğuldur. Şirkət Avropanın bir sıra ölkələrində eyni xidmətləri təqdim edir. Səhmləri NASDAQ birjasının listinqində olan şirkətin 2020-ci ildə satışları 3,8 milyard avro təşkil edib. Şirkət 4 mindən artıq aktiv patentə sahibdir, gəlirin 10-12% isə araşdırma və tədqiqatlara investisiya edilir.
Azərbaycan da «3D aləmi»nə qoşulur
Yeni nəsil geoməkan məlumatlarının əhəmiyyətini Azərbaycanda da yaxşı anlayırlar. 2022-ci ilin yanvarında Almaniyanın «Leica Geosystems AG» («Hexagon») şirkətinin vitse-prezidenti Klaus Nayman (Klaus Neumann) Azəraycana gələrək dövlət qurumlarında, o cümlədədən «Azərkosmos» ASC, Kənd təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidmətində görüşlər keçirib.
Ekspertlər bildirir ki, özündə 3D elementlərini birləşdirən yeni nəsil geoməkan məlumatları Azərbaycana hava su kimi lazımdır, özü də məsələ təkcə şəhərlərə aid deyil.
Ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı və fermerlər
Azərbaycanda kənd təsərrüfatı bu sistemin böyük fayda verəcəyi ayrıca sahədir. Hazırda aqrar sahəni planlaşdırma və kadastr xəritələrsiz təsəvvür etmək mümkün deyil.
Üstəlik, indi bütün dünyada önə çıxan problem – ərzaq təhlükəsizliyi ölkələri ərzaq ehtiyatları yaratmağa, daxili istehsalı artırmağa vadar edir. Bu isə daxili imknalara yenidən baxmağı və torpaqların səmərəli iderə edilməsini tələb edir.
3D modelləşdirmə vasitəsilə əldə edilən real təsvirləri torpaqlardan daha yaxşı istifadəyə imkan yraadır.
Təsadüfi deyil ki, 2015-2016-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin sifarişi iə orto foto xəritələrin tərtibi başlanıb, amma bu iş hələ başa çatmayıb.
Paralel olararq Əmlak Məsələləri Dövlət Xidməti də ölkə ərazisinin rəqəmsal xəritəsini hazırlayır. Amma bu işlər 2D formatdadır, yeni nəsil 3D kadastr isə tamamilə fərqli imkanlara malikdir. «Əvvəla bu xəritə, yəni 3D daha dəqiqdir, biz ərazini təkcə üstdən deyil, hər tərəfdən (çarpaz şəkildə) görə bilirik. Bunun fərqi odur ki, 2 D kadastrda koordinat yanlışlıqları ola bilər, amma 3D-də bu mümkün deyil. 2D formatında olan xəritələr ərazidəki real vəziyyəti o cümlədən relyefi tam əks etdirmir»-deyə «EKM Global Consulting GmbH» şirkətinin direktoru Elşən Musayev bildirir.
Halbuki, kənd təsərrüfatında torpağın keyfiyyəti ilə yanaşı, onun vəziyyəti, mailliyi də mühüm rol oynayır. Həmin ərazidə əkiləcək bitkilər, onlara qulluq, o cümlədən suvarılması və gözlənilən məhsuldarlığı, hətta ərazidə hansı texnikanın işləyəcəyi məhz bu amillərdən asılıdır.
Torpağın mailliyinin hətta bir neçə dərəcə dəyişməsi onun suvarılması üçün tələb olunan suyun həcmini dəfələrlə dəyişir. Hazırda su probleminin kəskin olduğu ölkə üçün bu strateji məsələdir.
Bəlkə Qarabağı əvvəlcə kompüterdə bərpa edək?! - «Əsrin müqaviləsi»
Yeni nəsil geoməkan məlumatlarının istifadə olunacağı növbəti istiqamət azəd olunan ərazilər. 30 illik erməni işğalı nəticəsində Azərbaycanın 11-12 min kvadrat kilometr ərazisi xarabaya çevrilib. Burada istifadəyə yararlı demək olar ki, bir bina belə qalmayıb və Azərbaycan bu əraziləri faktikiolaraq sıfırdan bərpa edir. Və bu vəziyyət 3D geoməkan informasiya sisteminin tətbiqi üçün ən uğurlu şəraitdir. Qarabağda şəhərlər, infrastruktur obyektləri, avtomobil və dəmiryollarının tikintisi üçün bu əsl sınaq meydanıdır.
Üstəlik, ərazidə tikilən aeroportlar işə düşdükdən və Ermənistanla sülh sazişindən sonra bu ərazilər əsl nəqliyyat habına çevriləcək. Dövlətin böyük sərmayələr yatırdığı layihələrin düzgün idarə olunması üçün düzgün koordinatlatın və geniş imkanların olduğu 3D kadrstr xəritələri çox vacibdir. Qarabağın «rəqəmsal əkizi»nin yaradılması isə bura xarici investorların cəlb olunmasına imkan verir. «Qarabağa investisiya cəlb olunması üçün bu sistem hava-su kimi lazımdır. Ölkə, onun ərazisi, torpaq sahələri, relyefi barədə dəqiq məlumatları əks etdirən rəqəmsal sistem ökənin investisiya imkanlarını göstərir. Biz 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi»nin (Azərbaycanın iri neft yataqlarının xarici şirkətlərlə işlənməsi barədə müstəqil Azərbaycanın imzaladığı ilk neft müqaviləsi – FED.az) infrasruktur variantını Qarabağda xarici investolar üçün bağlaya bilərik»-deyə ekspert bildirir.
«Ətrafımda rəqib restoran varmı?»
«Rəqəmsal əkiz»in və yeni sistemin əsas istifadəçilərindən biri yerli biznes olacaq.
Dünyadakı praitkaya görə, sifarişçisi dövlət olsa da, sistem yaradılandan sonra onun imkanları dövlət və özəl qurumlara açıq olmalı və bütün tərəflər – o cümlədən yerli biznes bundan faydalana bilməlidir.
Bu sistem təkcə obyektlər və ərazinin relyefi deyil, sənaye müəssisələri, istehsal, ticarət və xidmət obyektləri də görünəcək. «Məsələn, hansısa sahibkar restoran və ya mağaza açmaq istəyir, amma marketinq və bazar araşdırması aparmır və sonradan caddi rəqiblərlə üz-üzə qalır. Amma bu sistemdə iş adamı yaxınlıqda nə qədər mağazanın olduğunu, onların necə yerləşdiyini, ətrafında hansı müştəri qrupunun olduğunun görür və düzgün qərar verir».
2,5 avro xərc çəkib, 500 avro fayda götürmək
3D skan və 3D xəritələrdən ən çox fadalanan sahələrdən biri nəqliyyat sektorudur. Sərnişin və yük axınlarının düzgün idarə edilməsi onların xərcini azaldır, səmərəsini artırır, daşımaların maya dəyəri aşağı düşür. Davamlı tıxaclardan əziyyət çəkən Bakıda nəqliyyatda yeni sistemin tətbiqi buradakı problemləri aşkara çıxarmağa və optimal həll tapılmasına imkan verə bilər.
Sistemin apardığı təhlildən sonra şəhərdə yeni yolların açılması, yolların və hərəkətin istiqamətinin dəyişməsi, fərqli tənzimlənməsi barədə qərarlar verilə bilər.
Bu həllər böyük məbləğlərə qənaət etməyə imkan verir. Məsələn Madriddə, nəqlyyat sisteminin tənzimlənməsi üçün qurulan «ağıllı şəhər» sistemi adambaşına ildə 2,5 avroya başa gəlsə də, əvəzində onların köməyi lə tıxacları azalması şəhərə adambaşına 500 avro fayda gətirir.
Daşqından xəbəriniz varmı? – «Nyukasl effekti»
3D modeləşdirmə və «rəqəmsal əkiz» yaradılması təkcə iqtisadi məsələ deyil – bu sistem şəhəri və istənilən ərazini gələcəkdə baş verə biləcək fövqəladə hallardan da qoruya bilər. Suni intellektin köməyi ilə şəhərlə bağlı təbii fəlakətlər də pronoz edilir, onun necə baş verə biləcəyi araşdırılır və qabaqlayıcı tədbirlər görülır.
«Bu sistem vasitəsilə baş verə biləcək daşqınlar simulyasiya olunur, məsələn, şəhəri haqsı tərəfdən su basa biləcəyi, hansı fəsadlar törədə biləcəyi hesabanır və qarşısını almaq üçün tədbirlər görülür».
Məsələn 2012-ci ildə Nyukasl şəhərində baş verən daşqın və şəhərə 8 milyon dollar zərər dəyişməsindən sonra şəhərin rəqəmsal versiyası yaradıldı. İndi bu üsul şəhər sakinlərin daşqındhan qoruyur, hadisə baş verəcəyi təqdirdə atılacaq addımlar avtomatikləşib.
Bəs 3D geoməkan sistemi üçün məlumat necə toplanır?
Ümumiyyətlə sözügendən məlumiat sistemi bir neçə hissədən ibarətdir. Buraya panorama (hansı ki, yerüstü avtomobillər və ahvadan dron və təyyarələr vasitəsilə çəkilir), nöqtələr «buludu» və koordinasiya istemi aiddir. Bütün bu məlumatlar bir sistemdə birləşdirilir və artıq onun üzərində istənilən işlər aparıla bilər.
3D datanın toplanması prosesi özü də ən yeni texnologiyalara və innovasiyalar əsasında baş verir. Çəkilişlər həm yer üzərində həm də havadan aparılır.
3D xəritə və "rəqəmsal əkiz"lərin yaradılması üçün
əvvəlcə ərazinin və obyektlərin şəkilləri hibrid kamera ilə qeydə alınır. «Avtomobil ərazidə hərəkət edir, onun üzərindəki qurğuda 360 dərəcəlik kamera var, onun içində isə 6 ədəd əlavə kamera, lidar sistemi, antennalar var. Çəkiliş aparıldıqca datalar toplanır və sonda koordinat sisteminə yerləşdirilir».
Hibrid qurunun ənənəvi kameradan fərqi burada lidar qurğusundan da istifad edilməsidir. Yəni şəkil çəkilməsi ilə yanaşı, korrdinatlar da toplanır.
Daha sonra bu məlumat sisteminin üzərinə «laylar» - ayrı-ayrı sahəyə aid məlumatlar əlavə edilir. Bunlar müxtəlif dövlət qurumlarının – məsələn, Azəriqaz, Azərişıq, Azərsu və başqalarının məlumat bazası və infrastrukturudur – onlar sistemə yerləşdirilir və onun vasitəsilə idarə olunur.
Bundan başqa, 3D ortofoto xəritə yaradılır – bunun üçün xüsusi sensor təyyarənin üzərinə otuzdurulur, təyyarə ərazinin üzərindən uçduqca data çəkilir və oxşar proses orada da həyata keçirilir.
Amma 3D sistemin yaradılması iə iş bitmir. Əvvəla o mütəmadi olaraq yenilənməlidir – şəhər srətlə inkişaf edən və daim dəyişən sistemdir. Məlumatların reallığı üçün datalar hər il 25% olmaqla təqribən 4 ildən bir yenilənir.
3D sistemi yerin altını da «görür»
Yeri sistemin ən byöük üstünlüyü, təkcə yerin üstünü deyil, alındakı xətləri və obyektləri də «görməsidir». Hibrid qurğular vasitəsilə yerin altından keçən butun kommunikasiya və infrastruktur xətləri skan edilir, rəqəmsallaşır və sistemə yerləşdirilir.
«Biz radar sistemi vasitəsilə yeraltı kommunikasiyaların xəritəsini çıxara bilərik. Hazırda bununla bağlı «Azərsu» ilə danışıqlar gedir». Bu, həmin sahədə indiyədk baş verən problemlərin böyük hissəsinin həlli deməkdir.
Məsələ bundadır ki, hazırda Azərbaycanda yeraltı kommunikasiyaların dəqiq xəritəsi ümumiyyətlə yoxdur. Ona görə də istənilən qazıntı işləri zamanı yerin altında qurğuların olub-olmaması ilə bağlı bütün qurumlara sorğu göndərmək tələb olunur. Bəzən isə qazıntı zamanı xətlər zədələnir, bu isə zərərə və itkilərə səbəb olur. Bu bütün dünyada belədir. Məsələn, ABŞ-da hər 60 saniyədən bir yeraltı infrastrukturda – su boruları və kabellərdə, enerji və qaz xətlərində, telefon naqillərində və sair - nəsə zədələnir və bu hadisələr ölkə iqtisadiyyatına ildə 50 milyard dollar zərər vurur. «Ağıllı şəhər» və 3D skan sistemi isə bunların qarşısını vaxtında almağa, pozuntuları aşkara çıxarmağa imkan verir.
«Yeni sistemin imkanları təqribən 10 metrə qədər, ən dəqiq isə 3 metrə qədər dərinlikdə olan xətləri görməyə imkan verir. Xətlər 1,5-2 metr, hətta 3 metr dərinlikdədirsə, onların 100% görə bilirik».
«Yeraltı data»nın toplanması vaxt və enerji aparan işdir – təqribi hesablamalara görə, 1 km²-in yeraltı xəritəsini tərtib eləmək, yəni çəkiliş və alınan məumatları emal edib sistemə yerləşdirmək 3-4 gün müddət tələb edir.
Süni intellekt və ağıllı idarəetmə
Məlumat bazasının toplanması hələ ümumi işin yarısıdır – sistem həm də «ağıllı» idarə edilməlidir. Məsələ bundadır ki, 3D skan və «rəqəmsal əkiz» yaradıldıqdan sonra sistem həm mövcud vəziyyəti, həm də prbolemləri açıb göstərir. Bunların aradan qaldırılması və optimal həllərin tapılması üçün sistem süni intellekt tərəfindən idarə edilməlidir.
Süni intellekt minlərlə iri və xırda detalları, müxtəlif amilləri nəzərə alaraq problemin həlli üçün ən optimat variant təklif edir.
Elşən Musayevin sözlərinə görə, şirkət təkcə 3D kontent və sistem yaratmaqla kifayətlənmir. Sifarişçiyə dəstək üçün sistem 1-2 il müddətinə şirkət tərəfindən idarə edilir və tam işlək hala gətirir. Paralel olaraq bu sistemi idarə edə bilən kadrlar formalaşdırılır - işçilərə təlim keçilir ki, onun bütün imkanlarından və funksiyalarından istifadə edərək sistemi düzgün işlədə bilsinlər.
Dövlətin xərclərinə 10 dəfə qənaət edilir
«Rəqəmsal əkiz»lər, 3D məlumat bazasının yaradılması, çəkilişlər, təhlillər və sair böyük həcmli iş olsa da, buraya yatırıan vəsaitləri artıqlaması ilə doğruldur. Bu bazanın formalaşması, ondan istəfadə və sistemin təqdim etdiyi «ağıllı» həllər son nəticədə dövlət qurumlarının böyük xərcərinə dəfələrlə qənaət etməyə ikan verir.
«Əvvəla bu datalardan istifadə edən qurumlar ayrı-ayrılıqdan sistemlər yaratmalı olmayacaqlar – özündə bütən məlumatları əhatə edən sistem olanda bundan hamı istifadə öz ehtiyacına uyğun olaraq istifadə edə biləcək.
Digər tərəfdən, sistemin mövcud olması və bütün sahələr aid məlumatların toplanması ayrı-ayrı qurumlar arasında koordinasiya yaradacaq. Məsələn, artıq Avtomobil Yolları Agentliyi yolu təmir etməzdən əvvəl onun altından keçən kommunikasiyalarla bağlı «Azərsu»ya sorğu göndərib cavabını günlərlə gözləməli olmayacaq – həmin məlumat artıq sistemdə görünəcək.
Əlavə olaraq bütün xətlərin sistemdə olması nəticəsində baş verən qəzaları vaxtında aşkar etmək, yerini tapmaq və aradan qaldırmaq asanlaşacaq, bəzi qərarlar nəinkiş hadisə yerinə getmədən, hətta kompüterin qarşısından durmadan veriləcək.
Almaniyanın orto-xəritələr, hibrid sensorları və 3D kontent üzrə aparıcı mütəxəssisi Uve Beker bildirir ki, belə böyük dataların saxlanılması üçün iri həcmli serverlərə tələbat var. Hər qurumun öz sistemi olduqda onların hər birinə server lazım olacaq – indi isə bütün sistem bir serverdə saxlanılacaq və bu da server və texniki xərclərə onqat qənaət imkanı yaradır.
Digər tərəfdən, bu dataların toplanmasından sonra bu sahə üzrə xidmətləri tələb olunan xarici ekspertlərin Azərbaycana gəlməsinə də ehtiyac qalmayacaq. Onlar internet vasitəsilə məlumatla tanış olub istənilən məsləhətlərini verə biləcək.
Eləcə də bu sistemin qurulması investorların cəlb olunması prosesini sadələşdirəcək. Uve Beker bildirir ki, əvvəla investorlar bütün infrastrukturu aydın görəcəklər. Digər tərəfdən belə sistemin olmasının özü şəffaflığın göstəricisidir.
«Azərişıq»ın enerji xətləri mobil xəritələrdə
Yuxarıda qeyd edildiyi kimi, artıq bu sahə işlər başlayıb. «Azərişıq» ASC və «EKM Global Consulting GMbH» şirkəti ilə imzalanan müqaviləyə əsasən, ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsi reallaşır. «Azərişıq» ASC-nin sədr müavini Ramil Yusifovun sözlərinə görə, «Azərişıq Qarabağda» layihəsi çərçivəsində ərazinin 3D-mobil xəritəsinin yaradılması ilə güc mərkəzləri, elektrik veriliş xətləri, paylayıcı qurğular və uçot komplektinin coğrafi mövqeləri lazer skaneri vasitəsilə hazırlanmış modeldə öz əksini tapır: «Üçölçülü verilənlərin istifadəsi insan faktorunu aradan qaldırmaqla, səhvlərin və vaxt itkisinin ciddi şəkildə aradan qaldırmağa imkan verir. Əldə olunan dəqiq və faydalı məlumatlar növbəti emal mərhələsi üçün “Azərişığ”ın Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə yönəldilərək, müvafiq sistemlərə inteqrasiya edilir. Bu isə bütün mərhələlərdə məsrəflərin azaldılmasına səbəb olacaq».
Əli Əhmədov, FED.az-ın redaktoru