Bu ilin yanvar ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 110 451,30 min ABŞ dollarına bərabər olub.
Eləcə də bax: Türkiyədən Azərbaycana dənli və paxlalı bitki - İxracı Artıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 14,6% çoxdur.
Yanvar ayında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 14,03% təşkil edib.
Hesabat dövründə ölkəyə 4 304,93 min dollar dəyərində 2 357,85 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər baxımından 42%, həcm göstəricisi üzrə isə 49,2% azdır.
Cari ilin yanvar ayı ərzində ölkəyə 794,66 min dollar dəyərində (azalma 16,7%) 548,15 ton (4,7% az) süd idxal olunub.
Ölkəyə həmçinin 5 365,41 min dollar dəyərində 1 070,35 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8% və 6,3% çoxdur. (Apa)