2022-ci ilin ilk 7 ayında Azərbaycana xarici mənbələrdən yatırılan investisiyalar kəskin azalıb.
Eləcə də bax: Azərbaycana yatırılan investisiyaların azalması dayandı – ARTIM BAŞLAYIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu müddətdə ölkə iqtisadiyyatına yatırılan vəsaitlərin 5 milyard 427,8 milyon manatını və ya 74,3 faizini daxili vəsaitlər təşkil edib.
Xarici mənbələrdən yatırımların həcmi isə 1 milyard 873,9 milyon manat olub.
Ötən illə müqayisədə daxili mənbələrdən yatırılan investisiyaların həcmi 964 milyon manat və ya 21,6% artıb. Xatırladaq ki, ötən ilin eyni dövründə iqtisadiyyata daxili mənbələr hesabına 4 milyard 464 milyon manat yatırılmışdı.
Xarici mənbələrdən yatırılan vəsaitlər isə kəskin azalıb. Bu vəsaitlər 721 milyon manat və ya 28% azalıb.
Xatırladaq ki, ötən ilin eyni dövründə xarici mənbələr hesabına iqtisadiyyata 2 milyard 595 milyon manat vəsait yatırılmışdı.