2022-ci ilin 8 ayı ərzində (yanvar-avqust) Azərbaycana 74 milyon 167 min dollar dəyərində 12 min 946 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Eləcə də bax: Mağazalarda 19-20 manata satılan kərə yağı - ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə kərə yağı idxalı miqdar ifadəsilə 3 min 4 ton və ya 30,2%, dəyər ifadəsilə 24 milyon 56 min dollar və ya 48% artıb. 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 50 milyon 112 min dollar dəyərində 9 min 942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Həmçinin, 2022-ci ilin 8 ayı ərzində Azərbaycana 172 milyon 105 min dollar dəyərində 99 min 314 ton bitki mənşəli yağlar idxal edilib. 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycana 140 min 673 min dollar dəyərində 101 min 988 ton bitki mənşəli yağlar idxal edilmişdi.
Beləliklə, bitki mənşəli yağların idxalı miqdar ifadəsilə 2 min 674 ton və ya 2,6% azalıb, dəyər ifadəsilə 31 milyon 432 min dollar və ya 22,3% artıb. Yağların idxalının dəyər ifadəsilə daha yüksək nisbətdə artmaları onların bahalaşmaları ilə əlaqədardır.
Kərə və bitki yağları idxalına görə 8 ayda Azərbaycandan 246 milyon 272 min dollar çıxarılıb. (Marja)