Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən artıb.
Eləcə də bax: Azərbaycanda tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı - 94% Artıb
FED.az xəbər verir ki Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ölkəyə 41 330,26 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 887,5 min dollar və ya 27,4% çoxdur.
Qeyd edək ki, bu ilin ilk beş ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,94%-nə bərabər olub. (Apa)