Azərbaycanda iqtisadi artımın əsas hərəkətverici amili neft sektorundan qeyri-neft sektoruna transformasiya olunur.
Eləcə də bax: "Vergi daxilolmaları üzrə proqnoz 132% icra edilib"
FED.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, 2021-ci ilin 3 ayında istehsalçılar üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 94,1% artıb.
"Tütün məmulatları istehsalçılarının dövriyyəsində isə 82,4% artım vardır. Ödənilən aksiz vergilərinin məbləği əvvəlki illə müqayisədə 54,1% çoxdur", - nazir qeyd edib. (Apa)