Gömrükçülər şirniyyat paketlərində gizlədilən xeyli miqdarda siqaret aşkarlayıblar.
Eləcə də bax: Azərbaycan siqaret ixracına - BAŞLADI
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən FED.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı gömrük nəzarət zonasına daxil olarkən şifahi qaydada 200 ədəd siqaretin olduğunu bəyan edib. Sərnişin keçid xəttində olan rentgen qurğusundan keçərkən ona məxsus iki ədəd şəffaf sellofan torbanın içərisində də siqaretlərin təsviri müşahidə olunub. Yoxlama zamanı sərnişinə məxsus əl yüklərində olan şirniyyat paketlərində gizlədilən, gömrük nəzarətinə bəyan edilməyən 2 min ədəd “Marlboro” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.