Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Tabaterra” QSC ilk məhsul ixracını həyata keçirib. Belə ki, müəssisədə istehsal olunan “PallMall” brendli siqaretlərin Gürcüstana ixracına başlanılıb.
Eləcə də bax: Azərbaycanda siqaret istehsalı - 65% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi bildirir.
Qeyd edək ki, “Tabaterra” QSC 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və müəssisədə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən üç növdə 80 fərqli çeşiddə tütün məmulatları istehsal edilir. Müəssisənin illik istehsal gücü 14 milyard ədəd siqaret təşkil edir.