"Yaşıl dəhliz" bizim üçün vacib məsələdir. Biz istəyirik ki, uzun yol qət edən sərnişinlər, xüsusi hava yolu ilə gələn sərnişinlər "yaşıl dəhliz"dən daha rahat keçsinlər. Lakin sərnişinlər "yaşıl dəhliz"dən telefon, qızıl keçirdirlər. Belə əşyaların əksəriyyəti "yaşıl dəhliz"də tutulur.
Şahin Bağırov: “Gömrük məmuru işindən məmnun olmalıdır”
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, sərnişinlər hər hansı bir əşyanı rüsumsuz geçirmək istəyirlər.
“Bu məsələ diqqət mərkəzindədir. İnsanarı "yaşıl dəhliz" qaydalarına əməl etməyə dəvət edirik”, - deyə o qeyd edib. (Trend)