Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 33 678,52 min ABŞ dolları dəyərində 106 976,48 ton gübrə idxal olunub.
Eləcə də bax: Azərbaycan birinci yarımillikdə buğda idxalını 12%, meyvə ixracını 39% - Artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 41,3%, həcm ifadəsində isə 46,2% azdır.
Ötən ilin ayı ilə müqayisədə isə bu ilin iyununda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 28%, həcm ifadəsində 27% artıb.
Qeyd edək ki, bu ilin yeddi ayında gübrə idxalının ümumi idxalda payı 0,53% təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 0,44 faiz bəndi azdır. (Apa)