2021-ci ilin birinci yarısında Azərbaycana 401,6 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 12% çoxdur.
Eləcə də bax: Azərbaycan şəkər ixracını - Kəskin Artırıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $102 milyon 23,9 min (artım 30,2%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $85 milyon 56,2 min dəyərində (artım 1,6 dəfə) 185 min ton şəkər xammalı və şəkər (artım 15,6%), $100 milyon 49,8 min dəyərində (artım 1,6 dəfə) 73,537 min ton bitki yağı (artım 2,3 dəfə), $31 milyon 571,9 min dəyərində (artım 14,9%) 7,619 min ton çay (artım 11,2%), $39 milyon 980,7 min dəyərində (azalma 8,3%) 8,175 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 6,9%) idxal edilib.
Yanvar-iyun aylarında respublikaya $812 milyon 441 min dəyərində (azalma 42%) 3,277 min ton iribuynuzlu heyvan əti (azalma 41,9%), $15 milyon 712,5 min dəyərində (azalma 21,4%) 12,616 min ton quş əti və quş əti məhsulları (azalma 28,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $66 milyon 536,2 min dəyərində (artım 0,5%) 71,589 min ton meyvə (azalma 1,6%), $14 milyon 597,2 min dəyərində (artım 39,6%) 29,043 min ton tərəvəz (artım 44,5%), $25 milyon 865,9 min dəyərində (artım 4,5%) 103,8 min ton kartof (artım 14,5%) idxal edilib.
Yanvar-iyun aylarında ölkədən $136 milyon 365,3 min dəyərində (azalma 21,8%) 130,5 min ton tərəvəz (azalma 23,6%), $126 milyon 140,5 min dəyərində (artım 6,5%) 102 min ton meyvə (artım 38,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $19 milyon 88,1 min dəyərində (artım 2,5 dəfə) 36,935 min ton şəkər (artım 2 dəfə), $9 milyon 142,9 min dəyərində (artım 1,7 dəfə) 7,514 min ton bitki yağı (artım 27,8%) ixrac edilib.
Yanvar-aprel aylarında Azərbaycan $8 milyon 18,8 min dəyərində (аzalma 6,8%) 6,742 min ton meyvə və tərəvəz şirələri (artım 15,5%), $1 milyon 722,6 min dəyərində (artım 11,1%) 122,4 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 10,7%), $4 milyon 658,7 min dəyərində (artım 9,9%) 3,828 min ton meyvə və tərəvəz konservləri (artım 19,7%), $3 milyon 47,4 min dəyərində (azalma 39,5%) 1,183 min ton tütün (azalma 45,1%) ixrac edib. (İnterfaks)