Bu ilin yanvar-iyun aylarında Azərbaycana 33 927,18 min dollar dəyərində 20 176,92 ton ət idxal edilib.
Eləcə də bax: Azərbaycanın xaricə pomidor satışından gəliri - ARTIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, bir il öncəki göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 6,4%, həcm göstəricisi üzrə isə 51,6% çoxdur.
Hesabat dövründə ölkəyə 8 194,66 min dollar dəyərində (artım 41,1%) 5 218,24 ton (artım 34,1%) süd idxal olunub.
Bununla yanaşı, cari ilin ilk altı ayında 61 187,72 min dollar dəyərində 10 777,30 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 53% və 31,8% çoxdur. (Apa)