2022-ci ildə Azərbaycana xaricdən gətirilən ətir və tualet suyunun həcmi və qiyməti açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il xaricdən 1 362,09 ton ətir və tualet suyu gətirilib. Onun ümumi dəyəri 26 milyon 511,89 min dollar təşkil edib.
Fransa 2022-ci ildə Azərbaycana ətir idxalı üzrə - LİDERLİYİNİ QORUYUB
2021-ci illə müqayisədə bu malların idxalının miqdarı 6,4%, dəyəri isə 15,6% artıb.
Açıqlanan gömrük rəqəmləri ölkəyüə idxal olunan bu məhsulların təqribi qiymətləri barədə təsəvvür yaradır. Rəsmi rəqəmlərə əsasən ölkəyə gətirilən ətir və tualet suyunun orta idxal qiyməti 1 qram üçün təqribən 2 sent təşkil edib.
FED.az xəbər verir ki, ən bahalı ətir və tualet suyu Fransadan gətirilir. Ötən il bu ölkədən 10 milyon 556,6 min dəyərində 113,3 ton ətir və tualet suyu idxal edilib. Fransadan gətirilən ətir v tualet suyunun 1 qramının orta idxal qiyməti 9,3 sent olub.
İtaliyadan ümumi dəyəri 2 milyon 659,82 min dollar dəyərində 45,79 ton mal gətirilib – orta qiymət 1 qram üçün 5,8 sent.
İspaniyadan 2 milyon 173,57 min dollar dəyərində 42,39 ton ətir və tualet suyu gətirilib – orta qiymət 1 qram üçün 5,1 sent.
Polşadan 1 milyon 569,54 min dollar dəyərində 97,35 ton ətir və tualet suyu gətirilib – orta qiymət 1 qram üçün 1,6 sent.
Rusiyadan Azərbaycana il ərzində 2 milyon 474,6 min dollar dəyərində 204,06 ton məhsul gətirilib – orta qiymət 1 qram üçün 1,2 sent.
BƏƏ-dən 1 milyon 889 min dollar dəyərində 171,24 ton məhsul gətirilib – orta qiymət 1 qram üçün 1,1 sent.
Türkiyədən 1 milyon 275,7 min dollar dəyərində 137,35 ton məhsul gətirilib, orta qiymət 1 qram üçün 0,9 sent olub.
Azərbaycana ən ucuz ətir və tualet suyu malları Çindən gətirilir. Ən böyük məhsul partiyası da bu ölkədən göndərilir. Belə ki, 2022-ci ildə Çindən Azərbaycana 1 milyon 437,9 min dollar dəyərində 477,4 ton ətir və tualet suyu idxal edilib. Orta idxal qiyməti 1 qram üçün 0,3 sent təşkil edib.