2022-ci ilin yanvar-may aylarında Azərbaycana 29 min 876 ton mineral gübrə idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 66,5% azdır.
Eləcə də bax: Gübrə dörd dəfə bahalaşdı – “Payızda bizi çox ciddi məhsul qıtlığı gözləyir”
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $23 milyon 55,2 min (azalma 2,5%) təşkil edib.
Bundan başqa, yanvar-may aylarında Azərbaycana $2 milyon308 min dəyərində (artım 50,5%) 12 min 65,5 ton sement və sement klinkeri (artım 49,9%) idxal edilib.
Hesabat dövründə respublikaya $24 milyon 53,2 min dəyərində (artım 2,2 dəfə) 16 min 41,2 ton polietilen (artım 81,8%) idxal edilib.
Yanvar-may aylarında Azərbaycana $95 milyon 82 min dəyərində 81,048 min ton poladyayma məhsulu (artım 10,3%), $31 milyon 268,6 min dəyərində 37,465 min ton qara metaldan hazırlanan çubuqlar (artım 23,7%), $9 milyon 452,2 min dəyərində 8 min 660,9 ton qara metaldan hazırlanan günyə (azalma 17%), $59 milyon 479,6 min dəyərində 37,69 min ton qara metaldan hazırlanan boru (azalma 11,5%) idxal edilib. (İnterfaks-Azərbaycan)