Azərbaycan və Türkiyə arasında daşınmış yüklərin həcmi artıb.
Eləcə də bax: Azərbaycanın qeyri-neft ixracı 16%-dən çox - ARTIB
FED.az xəbər verir ki, bu, bu gün Bakı şəhərində keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında açıqlanıb.
İclasda nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilərək cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcminin 60,2% artdığı, o cümlədən tranzit yüklərin həcminin 96,3% çox olduğu bildirilib. (Apa)