Azərbaycanla Rusiya arasında innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu, iki ölkə arasında sayca altıncı "yol xəritəsi"ndə öz əksini tapacaq.
Eləcə də bax: Azərbaycan Rusiyanın pomidor təchizatçı kimi payını 31%-ə yüksəldib – SİYAHI
FED.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayalov deyib.
Onun sözlərinə görə, 2019-cu ilin noyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri zamanı innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar əldə olunub:
"Yol xəritəsi layihəsi bütün zəruri prosedurlardan keçir. Daha sonra sənəd Rusiya və Azərbaycan arasında İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrləri, baş nazir müavinləri Aleksey Overçuk və Şahin Mustafayev tərəfindən imzalanacaq".
Ticarət nümayəndəsi vurğulayıb ki, yol xəritəsi üçün təkif olunan praktiki tədbirlər sırasında innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahələrində ekspert işçi qrupunun yaradılmasını, "Skolkovo" Fondu ilə Azərbaycanın innovativ və sahibkarlıq infrastrukturu arasında əməkdaşlıq tədbirləri planının hazırlanmasını, birgə təhsi layihələrinin reallaşdırılmasını qeyd etmək lazımdır. (Trend)