Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci ildə dünya ölkələrinin hərbi xərcələri ilə bağlı yeni hesabat yayımlayıb.
Dünyada hərbi xərclər 2,24 trilyon dollara çatıb - SİYAHI
FED.az quruma sitinadən məlumat verir ki, dünya ölkələrinin ötən il orduya xərclədiyi vəsait 2,24 trilyon dollar olub.
"SIPRI 2022-ci ildə Azərbaycanın əvvəlki illə müqayisədə hərbi xərclərini artırdığını açıqlayıb". Ümumi daxili məhsulda (ÜDM) hərbi xərclərin payına görə Azərbaycan dünyada 8-ci yerdədir".
Belə ki, Azərbaycan ÜDM-nin 4.5%-ni orduya xərcləyir.
SIPRI-nin məlumat bazasında qeyd olunub ki, Azərbaycanın hərbi xərcləri 2022-ci ildə 3 milyard dollara yaxın olub. Bu, əvvəlki illə müqayisədə 10%-dən çox deməkdir.
Region ölkələrindən Ermənistanda hərbi xərclər 795 milyon dollar, Gürcüstanda 360 milyon dollar təşkil edib. Bu ölkələr müvafiq olaraq ÜDM-nin 4.3 və 1.4% hissəsini orduya xərcləyiblər.
Buradan məlum olur ki, Azərbaycanın hərbi xərcləri Ermənistandan 3.7 dəfə çoxdur.
"Azərbaycan bu sahədə Cənubi Qafqaz ölkələri arasında liderdir". (Xəzərxəbər)