2023-cü ildə Azərbaycan Türkiyə iqtisadiyyatına 1 milyard 815,1 milyon ABŞ dolları investisiya yatırıb.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - 4% ARTIB
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, 2022-ci illə müqayisədə 7,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 21,4 %-dən 58,2 %-ə çatıb.
Ötən il Türkiyə isə Azərbaycan iqtisadiyyatına 1 milyard 302,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə əvvəlki ilə nisbətən 15,3 % çoxdur.
İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 18 %-dən 19,6 %-ə çatıb. (Report)