2022-ci ildə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan“X5 Group”a Azərbaycandan $918,6 min dəyərində emal edilmiş qida məhsulları ixrac edilib.
Azərbaycanın pomidor ixracından gəliri - 20% AZALIB
FED.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun məlumatında deyilir.
Cari ilin 4 ayı ərzində isə ixrac edilmiş məhsulun dəyəri $880,6 min təşkil edib.
AZPROMO-nun dəstəyi ilə "AzNar","TAC-Gülüstan","Agro-Azerinvest","Zira Brightman","Berg Energy", "Azərsun Holdinq" və"Abşeron-Şərab"şirkətləri “X5 Group”la mineral və qazlı sular, alkoqolsuz energetik içkilər, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri, şərab və brendi ixracı üzrə müqavilələr imzalayıb. Sözügedən məhsullar şəbəkəyə aid 3 mindən çox mağazada təqdim olunur və indiyədək 865 min ədəddən çox yerli mal Rusiya istehlakçıları tərəfindən alınıb.
“X5 Group” “Pyaterochka”, “Perekrestok”, “Karusel” kimi ticarət şəbəkələrini, həmçinin “Vprok.ru Perekrestok”, “5Post”, “Okolo” rəqəmsal biznesləri və “Food.ru” mediaplatformasını idarə edir.