İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları 11-15 fevral tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilmiş “Prodexpo 2019” beynəlxalq sərgidə nümayiş olunub.
ELƏCƏ DƏ BAX: Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı
İqtisadiyyat Nazirliyindən FED.az-a verilən məlumata görə, sərgidə Azərbaycan məhsullarının ixracına dair danışıqlar aparılıb, razılıqlar əldə olunub.
“Aqro-Azərinvest” şirkəti nar şərabının, “Sunfood” şirkəti konservləşdirilmiş məhsulların ixracına dair, habelə “Naiqin Ko-Tovuz Baltiya” şirkəti Qazaxıstan və Çindən olan şirkətlərlə nar və heyva şərabının ixracına dair 2 müqavilənin imzalanması barədə razılıq əldə edib.
“Baku Konserv” şirkəti isə Kalininqrad şəhərində yerləşən iri ticarət şəbəkəsi ilə meyvə şirələri və mürəbbələrin ixracına dair razılığa gəlib.
“Buta Aqro” şirkəti istehsal etdiyi məhsulların ixracına dair Belarusda fəaliyyət göstərən iri restoran şəbəkəsi və Novosibirskdə fəaliyyət göstərən mağazalar şəbəkələri ilə danışıqlar aparıb.
“Binə Aqro” və “Crispa” şirkətləri Rusiyadan olan distribüter şirkətləri və bir sıra iri ticarət şəbəkələri ilə məhsullarının satışı barədə danışıqlar aparıblar.
Azərbaycan şirkətləri 3 ölkəyə məhsul ixrac edəcək - RAZILAŞMA
18:55
19 Fev 2019