Rusiya 2024-cü ilin yanvar-mart aylarında 4,27 milyon kubmetr taxta-şalban ixrac edib ki, bu da keçənilki göstəricidən 3,5 faiz azdır. Azərbaycan Rusiyadan taxta-şalban idxal edən ölkələrin ilk onluğuna daxildir.
Azərbaycanda bu tikinti materialları - UCUZLAŞDI - VİDEO
FED.az xəbər verir ki, “Roslesinforq” federal meşə uçotu qurumunun mətbuat xidmətinin məlumatına görə, Türkiyə ilk dəfə olaraq tədarükünü 3,2 dəfə artıraraq Rusiya taxta-şalbanının əsas idxalçı ölkələrinin üçlüyünə daxil olub. Eyni zamanda, başlıca ənənəvi istiqamətlərə - Çin və Özbəkistana ixracın həcmi azalıb ki, bu da ticarət axınlarının yenidən bölüşdürülməsindən xəbər verir. “Roslesinforq” qeyd edir ki, ağac tədarükü həcminin azalması üzrə qlobal tendensiya da bu məsələdə rol oynayıb.
Rusiyadan taxta-şalban alıcıları reytinqində üçüncü yerə yüksələn Türkiyə ikinci il dalbadal tədarük indeksində böyük artım nümayiş etdirib: 2024-cü ilin yanvar-mart aylarında bu ölkəyə 292,2 min kubmetr material daşınıb ki, bu da tədarükün 5 dəfə artdığı 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,2 dəfə çoxdur. Rusiya departamentinin bəyanatında deyilir: “Ötən ilin fevral zəlzələlərindən sonra və irimiqyaslı infrastruktur layihələrinin icrası fonunda Türkiyəyə tədarük artır. Rusiyadan Türkiyəyə taxta-.alban yüklərinin çatdırılmasını sürətləndirmək üçün indi yeni logistik marşrutlar hazırlanır”.
İdxalçılar arasında dördüncü yerdə olan İrana tədarük 1,7 dəfə artıb. Honkonq Rusiyadan taxta-şalban idxal edən ilk beş bazarın sonunda gəlir.
Rusiyanın taxta-şalban idxalçılarının ilk onluğuna Azərbaycan, Qazaxıstan, Tacikistan, Yaponiya və Qırğızıstan da daxildir. Yaponiya istisna olmaqla, qalanların hamısı idxal həcmini azaldıb. Yaponiyaya tədarükün həcmi 4,2 faiz artıb.
Hesabat dövründə, həmçinin BƏƏ, Livan, Sinqapur, Əfqanıstan, İordaniya, Tayvan, Hindistan, Gürcüstan, Belarus, Serbiya və sairə ölkələrə Rusiyanın taxta-şalban ixracının həcmi çoxalıb. (Azərtac)