Bəzi tikinti materialları ucuzlaşıb.
"Daşınmaz əmlak bazarındakı qiymət artımı ipoteka kreditlərinin orta məbləğinə təsir edib"
FED.az xəbər verir ki, sahibkarlar deyir ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində azalma müşahidə edilir.
Lakin, buna baxmayaraq satıcılar alıcı sıxlığının azlığını da diqqətə çatdırırdılar.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, qiymətlərdə azalma ən çox Rusiyadan gələn materiallarda özünü göstərir.
Ekspertin fikrincə, digər tikinti materiallarının ucuzlaşması daşıma və əlavə xərclərlə əlaqədardır.
Qum və sementin qiymətinin azalması isə yerli səbəblərlə bağlıdır. Bu sahələrdə sərt ekoloji və daşıma qaydalarının tətbiqi qiymətlərə təsir edir. (Xezerxeber.az)