Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında Rusiya və Qazaxıstandan buğda idxalını artırıb.
Azərbaycana xaricdən buğda idxalı 33% artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, Rusiyadan buğda idxalı 3 dəfə - 233,165 min tonadək artıb. Ümumilikdə, yanvar-mart aylarında Rusiya Azərbaycana $66 milyon 416,42 min dəyərində (artım 2,5 dəfə) buğda tədarük edib. Beləliklə, bir ton Rusiya buğdası Azərbaycana 284,84 ABŞ dollarına başa gəlib.
Qazaxıstandan $42 milyon 293,7 min dəyərində (artım 1,8 dəfə) 122,842 min ton buğda (artım 1,7 dəfə) alınıb. Qazaxıstan buğdasının bir tonu Azərbaycana orta hesabla 344,3 ABŞ dollarına başa gəlib.
Azərbaycana buğda idxalının 65,5%-i Rusiyanın, 34,5%-i Qazaxıstanın payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana $108 milyon 758,38 min (аrtım 74,3%) dəyərində 356,147 min ton buğda (artım 94,8%) idxal edilib. Azərbaycanın yanvar-mart aylarında aldığı buğdanın qiyməti bir ton üçün $305,37 təşkil edib. (İnterfaks-Azərbaycan)