Bu ilin əvvəlindən Azərbaycan Rusiyanın Perm bölgəsindən 13,6 min kubmetr meşə məhsulları alıb.
Rusiya Azərbaycana taxta materiallarını pandemiyadan öncəkindən iki dəfə - BAHA SATIR
FED.az bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,8 % çoxdur.
Təkcə yanvar ayında "Rosselxoznadzor"un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə idarəsi Azərbaycana ixracı nəzərdə tutulan 6,1 min kubmetr meşə məhsullarını yoxlayıb.
Laboratoriya müayinəsi zamanı ixrac məhsullarında zərərli orqanizmlər aşkarlanmayıb və məhsullara 55 fitosanitar sertifikatı verilib. (Report)