Ötən il Azərbaycan Rusiyaya 157,559 mln. ABŞ dolları (267,850 mln. manat) dəyərində 140 110,03 ton təzə və ya soyudulmuş tomat ixrac edib.
Eləcə də bax: Azərbaycandan pomidor ixracı üzrə gəlir - 2 DƏFƏ ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci illə müqayisədə həcm ifadəsində 22,1%, dəyər ifadəsində isə 20,2% azdır. Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının 87,4%-ni təşkil edib.
Qeyd edək ki, ötən il Azərbaycan ümumilikdə 160,229 mln. dollarlıq (272,389 mln. manat) 145 216,59 ton tomat xarici bazarlara göndərib, bu da 2020-ci illə müqayisədə həcm ifadəsində 22,6%, dəyər ifadəsində isə 20,4% azalıb.