2022-ci ilin Yanvar ayında Azərbaycandan 13 milyon 742 min dollar dəyərində 11 min 470 ton xam pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycanın meyvə-tərəvəz ixracı - 27% ARTIB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə pomidor ixracı dəyər ifadəsilə 2 dəfə, miqdar ifadəsilə 64% artıb. Belə ki, 2021-ci ilin Yanvar ayında Azərbaycandan 6 milyon 854 min dollar dəyərində 7 min ton pomidor ixrac edilmişdi.
Azərbaycandan 2021-ci ildə 160 milyon 229 min dollar dəyərində 145 min 217 ton pomidor ixrac edilmişdir. (Marja)