2021-ci ilin yanvar-oktyabr ayları ərzində Moskvadan Azərbaycana kosmetik məhsulların idxalı $21 milyona yaxın təşkil edib.
Eləcə də bax: Kosmetikaların yarısında xərçəng yaradan maddə varmış - ARAŞDIRMA
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhərinin merinin iqtisadi siyasət və mülk-torpaq münasibətləri üzrə müavini Vladimir Yefimov bəyan edib.
“2021-ci ilin yanvar-oktyabr aylarının yekunları üzrə paytaxt istehsalçıları $357 milyon dəyərində kosmetik məhsul idxal ediblər, bu da 2020-ci ilin 10 ayının göstəricisindən 27,7% çoxdur”, - Yefimov bildirib.
Azərbaycan Moskvadan kosmetika idxalçı-ölkələrin TOP-5-nə daxildir. Daha çox Belarusa kosmetika aparırlar - $86,4 milyonluq. Qazaxıstan $82,6 milyonluq, Özbəkistan — $30,7 milyonluq, Azərbaycan — təxminən $21 milyonluq, Gürcüstan — $15,3 milyonluq mal alıb.
Moskvanın kosmetika ixracının 66,1%-i bu beş ölkənin payına düşür.