İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı və "Meetup Networking Club"un birgə təşkilatçılığı ilə Azərbaycan məhsullarının ABŞ-nin Kaliforniya ştatına ixracına dair onlayn görüş keçirilib.
Yerli malların İsrailə ixracı üçün sərbəst satış sertifikatları - TƏQDİM EDİLİB
FED.az Mərkəzə istinadən xəbər verir ki, görüşdə “Azexport”un rəhbəri Ayxan Qədəşov Kaliforniyada yerləşən "BGS Group" şirkətinə həm portalın, həm də Azərbaycan məhsullarının onlayn təqdimatını edib.
"BGS Group" ABŞ-nin “Sysco”, PFG, “Walmart”, “Afflink”, “US. Foods”, “Costco” və CVS kimi 10-dan artıq iri ticarət şəbəkəsinin məhsulla təchiz edilməsi sahəsində ixtisaslaşıb.
Bu istiqamət üzrə əməkdaşlıq etmək istəyən şəxslər “Azexport” portalı vasitəsilə müraciət edə bilərlər.