Yanvar-fevral aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.
Eləcə də bax: Azərbaycan ötən il Rusiyanın - Əsas Taxıl İdxalçılarından Olub
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur. Ukraynaya ixrac olunan məhsulların dəyəri 257,1 milyon ABŞ dolları, Rusiyaya 123 milyon dollar, Belarusa isə 62,7 milyon dollar olub. (Azərtac)